Əsas səhifə Ev ücün məhsullarİP kameralar
Simsiz əlaqəli Wi-Fi hərəkətli 1080 HD IP kamera XPX EA200SS
Ətraflı məlumat
Öz evinin və yaxınlarının təhlükəsizliyinin qayğısı heç vaxt artıq olmur. Hərəkətlı EA200SS IP Wi-Fi kamerası mağazaya getməyinizdən və ya şəhərdən çıxmağınızdan asılı olmayaraq, sizə evdə baş verənlərə nəzarət etməyə imkan verəcək.
Bu model daim sizin kompüteriniz, planşetiniz və ya telefonunuzla əlaqədə olmaq və evdən translyasiya etmək üçün Wi-Fi modulla təchiz olunub. Əsas odur ki, onlar daim internetə qoşulmuş olsunlar.
Hərəkətli EA200SS Wi-Fi kamerası valideynlərin çox xoşuna gələcək, çünki kameranın fırlana bilən hərəkətli korpusu sayəsində otaqda nəzarətdən kənardan qalan zona olmayacaq və uşaq daim nəzarətinizdə olacaq.
Bundan əlavə, əgər siz uşağı dayə və ya yaxınlarınız nəzarəti altında qoymusunuzsa, istədiyiniz vaxt baş verənlərə nəzarət edə və quraşdırılmış kamera vasitəsilə eşıdıləcək səs mesajını kameraya göndərə bilərsiniz.
EA200SS İP videokamerası tək video-dayə kimi yox, həm də obyektin təhlükəsizlik sistemi kimi istifadə olunur. Hərəkət sensoru funksiyası aktivləşdirildikdə, EA200SS portativ kamerası dərhal sizi görünüş sahəsində nələrinsə baş verdiyi haqqda məlumatlandıracaq və şəkil göndərəcək.
Bundan sonra istifadəçi translyasiyaya qoşularaq, evdə və ya qorunan obyektdə əslində nə baş verdiyinə nəzarət edə bilər. Ev və ya ofisə nəzarət üçün hərəkətli Wi-Fi EA200SS İP kamerası sizin həyatınızı daha rahat və təhlükəsiz edən və sizi əlavə qayğılardan xilas edən əvəzolunmaz və etibarlı köməkçinizdir!
Hərəkətli Wi-Fi EA200SS İP kamerası şəbəkəyə qoşulmaq üçün standart RJ-45 girişindən və ya Wi-Fi moduldan istifadə edə bilər. Kameranın ikitərəfli əlaqə üçün daxili quraşdırılmış mikrofonu və dinamiki var. Uzaqdan idarəetmə kameranı 360 dərəcə fırlatmaqla görünüş ötürə bilir.
Kameranın yaddaşına əvvəlcədən 4 vəziyyət təyin etmək olar, və həmin vəziyyətlərə kameranın döndərilməsi rəqəmlərlə idarə olunur.
Müsbət xarakteriktikalara görüntünün yüksək olması – 2 Mpx, icazə verilən genişlik 1280 x 1080, siqnalın tez ötürülməsi üçün 3 antenna, qaranlıqda görünüş verəın İnfraqırmızı diodlar aid etmək olar.
Kamera vertikal üzrə 120, horizontal üzrə 355 dərəcə fırlanır, görünüş çox yaxşıdır, bir otağın içində əlavə kamera yerləşdirməyə ehtiyac yoxdur.
IP Wi-Fi EA200SS kamerasının özəllikləri:
- Wi-Fi vasitəsilə routerlə internet əlaqə
- Video və səsin smartfon, planşet, noutbuk və ya PK-yə translyasiyası
- Smartfonda tətbiq ilə kameranın hərəkətinin idarəsi
- Bir baqmaq hərəkəti ilə smartfon ekranından kameranın istiqamətinin dəyişdirilməsi
- Qaranlıqda çəkiliş üçün infraqırmızı işıqlandırma
- Hərəkət aşkar olunduqda bildiriş almaq imkanı
- Vertikal üzrə 120, horizontal üzrə 355 dərəcə fırlanma
- Daxili hərəkət sensoru
- Güclü üçlü antenna
- İkitərəfli səs əlaqəsi – kameraya səsli mesaj göndərmək mümkündür.
- Həssas mikrofon hətta xəfif sürtünməni də qeyd edir.
- Uşaq otağında video dayə kimi istifadə etmək mümkündür.
- Evin və ofisin istənilən otağı üçün uzaqdan nəzarətə tam uyğun gəlir.
Xüsusiyyətlər:
- Tip: İP kamera
- Smartfon üçün tətbiq: Yoosee
- Obyektiv: CMOS 1/4, 2 Mpx
- Videonun icazəsi: 1280 x 1080
- Videonun sıxılma kodeki: H.264
- Ir-cut: Var
- Onvif: Var
- Yaddaş kartına qeydetmə: Micro SD 32 GB-a qədər (dəstə daxil deyil)
- Gecə görünüş: 10 m-ə qədər
- Çəki: 350 gr.
Dəst:
- Kamera
- Qida bloku
- Divara bağlamaq üçün kronşteyn
- İnstruksiya
Zəmanət: 1 il (mağaza təmin edir).