Əsas səhifə Sağlamlıq və GözəllikHava sərinləşdirici, tərəvətləndirici və nəmləndirici
Smart saatların iş prinsipi və quruluşu
Smart saatlar ingilis sözü olub tərcumədə ağıllı saatlar deməkdir. Onlar 3 ayrı cihazın sintezi nəticəsində ortaya çıxmışdır: kompüter, qol saatı və ölçmə cihazları. Qol saatlarından görünüşü qəbul edən smart saatlar düzbuqaclı, kvadrad və ya yumru formada ola bilər. Kompüterdən birazdan potensialı müzakirə edəcəyimiz ağıllı mexanizm, ölçmə cihazlarından isə ürək döyüntülərini, itirilmiş kalorini, keçilmiş məsafəni və s. ölçmə imkanları bu saatları günümüzdə əvəzolunmaz edir.
Smart saatların quruluşu:
- Fiziki məlumatları toplayan ötürücülər;
- Mikroelementlər (beyin);
- Sim kart və ya yaddaş kartı (vacib deyil);
- Batareya;
- Funksional korpus.
Müxtəlif smart saatlar həm batareya həm də akkumlyatordan çalışa bilər. Korpusları isə qol saatları kimi silikondan metala kimi müxtəlif materiallardan istifadə etməklə hazırlanır. Özəlliklərindən asılı olaraq smart saatlar mikrofon, videokamera, qulaqlıq üçün yuva, qidalanma üçün yuva və digər komponent və yuvalar ilə təchiz oluna bilər. Əksər modellər müxtəlif parametrləri əks etdirən ekran və displeylə təchiz olunur. Bu ekran vasitəsilə siz smartfonun ötürücü və digər funksiyalarının iş nəticəsini görə bilərsiniz.
Smart saatların vasitəsilə bilavasitə telefonu idarə etmək mümkündür. Smartfonu cibinizdən çıxarmadan zəngə cavab vermək, gələn sms və bildirişləri oxumaq, musiqini dəyişmək, zəngin səsini almaq və s. funksiyaları idarə etmək mümkündür. Smart saatlar smartfona adətən Bluetooth funksiyası ilə qoşulur.
E-Bay.az internet mağazasından smart saat almağın üstünlükləri
Bizim onlayn mağaza smart saatlara Azərbaycanda ən ucuz və sərfəli qiymətlər təklif edir. Saytımızda olan hər bir məhsul zəmanətlidir. Bundan əlavə çatdırılma xidməti mövcuddur. Bakı və Sumqayıt üzrə ən sürətli çatdırılma ilə xidmətinizdəyik. Azərbaycanın digər bölgələrinə çatdırılma poçt vasitəsilə həyata keçirilir.