Əsas səhifə Avto aksesuarAvto elektronika və reqistratorlar

12»
12»

Günümüzdə videoqeydiyyatçıların təyinatı

Videoregistrator avtomobildə hərəkət edərkən bütün yol hadisələrini qeydiyyata almaq üçün cihazdır. Əgər maşının sahibi hər hansısa yol qəza hadisəsinə düşərsə, və ya hər hansısa bir yol hərəkət pozuntusunda mübahisəli mövqeyə düşərsə, videoregistratorun yaddaşında çəkilmiş videolar günahsızlığını sübut etmək üçün ona kömək ola bilər. 

Videoregistrator alarkən fikir verməli olduğunuz parametrlər

  • Matrısanın icazə verilən genişliyi
  • Görmə bucağının dərəcəsi
  • Daxili displeyin olub olmaması
  • G-sensor zərbə ötürücüsünün olub olmaması
  • Hərəkət sensoru
  • Gecə çəkiliş imkanı
  • Yaddaş kartı dəstəyi

Avtomobiliniz üçün videoregistrator almaq istəyirsinizsə, mağazamızın bu bölümü sizin üçündür. Bu bölümdə avtomobil üçün müxtəlif icazəli video qeydiyyatçılar, yaddaş kartları, videoregistrator üçün adapterlər satılır. 

Hazırda əksər videoregistratorlar çəkdikləri videoları microSD kartlarda saxlayır. Bu həm yaddaşın lazım olduqca dəyişmək və böyütmək imkanı verir, həm də çəkilmiş videoların lazım olan hissəsinə kompüterə keçirməyə rahatlıq yaradır. 

Video qeydiyyatçılar avtomobil üçün nəzərdə tutulduğundan, avtomobilin alışqanının yerindən qidalanan video registrator adapterləri çəkiliş anında belə qeydiyyatçının batareyasını elektrik qidası ilə təmin edir. 

E-bay.az onlayn mağazası HD və Full HD matrisalı videoregistratorların satışını təşkil edir. Bütün məhsullarımız zəmanətlidir. Sifariş etdiyiniz məhsulu həm özünüz yaxınlaşıb əldə edə, həmçinin çatdırılma xidməti sifariş etməklə əldə edə bilərsiniz. Bakı və Sumqayıt şəhərləri ərazisində çatdırılma kuryer xidməti ilə təşkil olunur. Sifariş etdiyiniz məhsul ən gec 1 gün sonra sizə çatdırılır. Əgər siz Azərbaycanın digər bölgəsindən sifariş vermək istəyirsinizsə, Azərbaycanın bölgələrinə çatdırılma poçt vasitəsilə həyata keçirilir.