012-498-66-35
055/050-202-13-30
İş saatı
(09:00 - 21:00)
AZ RU
temp

- 50 dən + 300 С qədər mətbəx və ət üçün elektron termometr

#10-358
Qiymət:
20 AZN 11.9 AZN
Çatdırılma:
29 azn-dən yuxari sifarişlərdə, çatdırılma pulsuzdur. Qapıda ödəmə, 1 günə çatdırılma
Say:
1
( Hal hazırda 11 ədəd var)
Paylaş:
Ətraflı məlumat

       Zondlu rəqəmsal termometr - təsərrüfatda əvəzedilməz bir şeydir. Müxtəlif cür xörəklərin hazırlanması zamanı temperatura nəzarət, maye və ya hətta bədən hərarətinin ölçülməsi - bütün bunlar problem deyil.

 

Bu cür termometr universaldır və onu müxtəlif cür istifadə etmək olar:

       Kababın hazırlanması zamanı termometrin köməkliyi ilə kababın yaxşı bişirilməsinə nəzarət etmək daha asandır

       Termometr mətbəxdə əvəzedilməzdir, mal, donuz, toyuq, ördək ətindən hazırlanan xörəklərin temperaturunun müəyyən edilməsi üçün istifadə etmək olar.

 

       Uşaq üçün sıyığın hazırlanması lazım olduqda, süni qidalanma zamanı sıyıq üçün termometr, hərarətə dəqiq riayət etmək çox vacibdir, çünki yüksək temperaturda faydalı maddələr məhv olur, aşağı temperaturda isə sıyıq həll olunmur.

 

       Süd üçün termometr, süd bədən hərarətinə uyğun olmalı və həddindən artıq qızdırılmamalıdır, belə ki, yüksək temperatur zamanı süd öz faydalı xüsusiyyətlərini itirir.

       Uşağı çimizdirmə zamanı su üçün termometr.

  

       Temperatur göstəricisi ilə termometr-zond, qurğunu qorumaq üçün rahat plastik qutu ilə birgə verilir.

       Uzun zond sayəsində siz əlinizi yandırmazsız və ən çətin əlçatan yerlərdə belə temperaturu ölçə bilərsiz.

 

Termometrin istifadəsinə dair təlimat:

       ON/OFF düyməsini basın. Zondun polad hissəsini test etmək istədiyiniz materiala yerləşdirin. Displeydə temperatur dəyişməyənə və göstəricilər sabitləşməyənə qədər gözləyin.

       Qurğunu söndürmək üçün ON/OFF düyməsini basın. Son göstəricilərə baxmaq üçün qurğunu yenidən qoşun. Qurğunu söndürün. Zondu plastik qablaşdırmaya qoyun. Əgər ekranda LOW göstəricisi yanırsa - batareyanı dəyişin.

 

Termometrin xüsusiyyətləri:

• Ölçmə dəqiqliyi: ±1°C.
• Ölçülmə hərarətinin diapazonu: -50 dən +300°C qədər.
• Displeyin qradasiyası: 0,1 dərəcə.
• Testin davamiyyəti: 2-3 saniyə.
• Qidalanma: 1 element 1,5V
• Bir batareya vasitəsi ilə işləmə müddəti: 5000 saat.
• Ölçüləri: zondun diametri – 3,5 mm; zondun uzunluğu – 150 mm.
• Zondun materialı: paslanmayan polad

Şərhlər