012-498-66-35
055/050-202-13-30
İş saatı
(09:00 - 21:00)
AZ RU
temp

Universal tərəvəz kəsicisi Nicer Dicer Plus

#2-3
Qiymət:
40 AZN 24.9 AZN
Çatdırılma:
29 azn-dən yuxari sifarişlərdə, çatdırılma pulsuzdur. Qapıda ödəmə, 1 günə çatdırılma
Say:
1
( Hal hazırda 7 ədəd var)
Paylaş:
Ətraflı məlumat

        Nicer Dicer Plus tərəvəz kəsicisi – müxtəlif yeməklərin hazırlanmasında tez və təhlükəsiz bir üsuldur. Belə bir tərəvəz kəsicisi istənilən tərəvəz, meyvə, pendir və göyərtiləri və s. asanlıqla doğrayır.

         

      Siz istənilən ləzzətli salatı bir hərəkətinizlə hazır edə bilərsiniz. Təhlükəsiz, tez və gigiyenikdir. Nicer Dicer Plus “daim iti” ülgüc texnologiyasından istifadə edir. Siz çox əziyyət çəkmədən bütün ərzağı kubik və solomka şəklində doğraya bilərsiniz. Bir dəfə toxunmaqla Siz ideal şəkildə doğranmış kubik ərzaqlar əldə edirsiniz.

 

Nicer Dicer Plus tərəvəz kəsicisinin xüsusiyyətləri: 

       Nicer Dicer Plus-un müxtəlif formalı 8 ülgücdən ibarət dəsti var. Bu alətin köməkliyi ilə Siz tərəvəz və meyvəni kub, zolaq və dilim şəklində doğraya bilərsiniz. Dəstə həm də sürətli doğramaq üçün nəzərdə tutulan üzük şəkilli kəsici başlıq da daxildir.

       Digər bu kimi alətlərdə olan ənənəvi başlıqlardan fərqli olaraq, Nicer Dicer Plus dəstinə xüsusi başlıq - tyorka da əlavə olunub. Onu istifadə etmək çox asandır, nəinki ənənəvi tyorkanı.

 

       Nicer Dicer Plus-un əsas özəlliklərindən biri onun konteynerinin ölçüsüdür. Ərzağın doğranması prosesindən sonra onlar həmin andaca konteynerə tökülürlər, artıq işinizi gördükdən sonra ərzaqları stolun üstündən və ya döşəmədən yığmağa gərək qalmayacaq.

       Konteynerlə işləmək çox rahatdır və Sizə tyorka ilə işlədiyiniz zaman əlavə olaraq konteyner axtarmağa ehtiyac qalmayacaq.

 

       Nicer Dicer Plus dəstinin tərkibində həm də konteyner üçün hermetik olan xüsusi qapaq da var. Bu hissə imkan verir ki, doğramadan həmən sonra kəsik-küsük məhsulları toplayıb konteynerə yerləşdirib soyuducuya qoyasan.

 

      Nicer Dicer Plus özündə çox iş görmək funksiyalarını birləşdirir. Amma bu zaman qorxmaq lazım deyil ki, mətbəx tör-töküntü, qarmaqarışıqlıq olacaq. Dəstə daxil olan bütün komponentlər, hissələr asanlıqla konteynerin içərisinə yerləşir.

      Bu isə mətbəxdə səliqə-səhman yaratmağa imkan verir. Dəstin bütün ülgücləri axan suyun altında yuyulur, xüsusi hissəcik isə yığılıb qalmış ərzaqların təmizlənməsinə yardım edəcək.

 

      Nicer Dicer Plus tərəvəz kəsicisi mətbəxdə vaxta, zamana qənaət etmək üçün xüsusi olaraq hazırlanıb. Bu cihaz istifadədə çox rahatdır.

      Bir əlinizlə konteyneri tutursunuz, digər əlinizi isə tərəvəz kəsicisinin üstünə qoyaraq basırsınız. Kəsilmiş hissələr avtomatik konteynerin içərisinə tökülür, beləliklə də, sotlun üstünü işinizi gördüyünüz zaman çirkləndirməyəcəksiniz.

 

      Nicer Dicer Plus tərəvəz kəsicisi həm də ona görə yaxşıdır ki, alət çox az yer tutur. Onu həm də qabyuyan maşında da yumaq olur. Bu alətlə hətta uşaqlar da çox rahat işləyə bilərlər. Çünki onlar bu alətdən istifadə etdikdə əllərini kəsməyəcəklər.

Şərhlər