012-498-66-35
055/050-202-13-30
İş saatı
(09:00 - 21:00)
AZ RU
temp

Diod işıqlı pultlu avtonom lampa – Remote Brite Light

#27-307
Qiymət:
25 AZN 12.9 AZN
Çatdırılma:
29 azn-dən yuxari sifarişlərdə, çatdırılma pulsuzdur. Qapıda ödəmə, 1 günə çatdırılma
Say:
1
( Hal hazırda 11 ədəd var)
Paylaş:
Ətraflı məlumat

       Naqilsiz və açarsız parlaq işıq. İşıq söndüyü hallarda və ya heç vaxt işıq olmayan yerlərdə kömək edir. Çətin əlçatan yerlərdə bərkitmək olur və məsafədən idarə olunan pultla söndürülür.

 

       Elektrikik olmadığı yerlərdə parlaq işıqdır. Məsafədən söndürülmə!

 

       Diodlu lampa Remote Brite Light – bu istənilən ev üçün praktik əşyadır.  Parlaq işığın pultlu avtonom mənbəyidir. Çox rahat və qənaətli vasitədir. Sizə artıq çətin əlçatılan yerlərə naqillərlə elektrik çəkmək lazım deyil.

      Aləti lazım olan yerə sadəcə bərkidin (qaraj, daxal, qarderob və s.) və o istifadəyə hazırdır. Vasitə məsafədən idarə olunan pultla idarə olunur. İndi artıq Siz divandan qalxmadan lampanı rahatlıqla yandıra və söndürə bilərsiniz.

      Qaranlıqda açarı tapmaq çətindir? Bu artıq problem deyil, çünki pult hər zaman yanınızdadır! 5 müasir diod işıqlı parlaq qənaətli işıq həm də elektrik kəsildiyi zaman Sizə kömək edəcək. O, batareyalarla qidalanır.

      Onu pilləkəndə yerləşdirin, bununla da Siz artıq dəhlizdə qaranlıqda işığı yandırmaq üçün açar axtarmalı olmayacaqsınız. Avtomobildə, mənzildə, qarajda, kommunal otaqda, qarderobda, təsərrüfat blokunda və harada istəyirsinizsə, bu, elektrik enerjisinə qənaət edənlər üçün ideal variantdır.

      Həm də o tamamilə təhlükəsizdir, Sizi cərəyanın qısa qapanması təhlükəsi gözləmir.

 

Üstünlükləri:

     * Məsafədən idarə olunma sistemi mövcuddur.

     * Beş diodlu işıq parlaq və qənaətli işıq verir.

     * Remote Brite Light pultunun hərəkət radiusu 10 metrdir.

     * Asan quraşdırılır.

     * Daşınıla biləndir.

     * Lampanın əks hissəsində açılışı var, hansı ki, onu divara bərkitmək mümkündür.

     * Bundan başqa, böyük olmayan maqnit əlavələri (dayaqları) var, bununla da lampanı maqnit səthi ilə asanlıqla bərkitmək mümkündür.

     * Lampanı nəinki evdə elektrik kəsildiyi zaman istifadə etmək olar, ondan həm də qaranlıq yerlərdə (zirzəmi, qaraj, anbarda və s.), həm də təbiətdə və  ya gəzintidə də yararlanmaq olar.

     * Lampanı və ya pultun düyməsini basmaqla yandırmaq olur.

 

İstifadəsi:  

      Remote Brite Light lampasını Siz istədiyiniz yerlərdə quraşdıra bilərsiniz – otaqda, dəhlizdə, qarajda, zirzəmidə, qarderobda və digər yerlərdə. Eyni zamanda, Siz lampanı təbiətə, yaxud da gəzintiyə çıxdıqda, avtomobillə gedərkən özünüzlə götürə bilərsiniz.

 

Bunun üçün lazımdır: 

      1. Lampaya 3 AA batareyalarını və pulta isə CR 2032 batareyalarını yerləşdirin.

      2. Lampanı yandırmaq və məsafədən idarə etmək üçün lampanın düyməsinə toxunun.

      3. Lampanı söndürmək üçün pultun düyməsini bir dəfə basın.

      4. Lampanı yandırmaq üçün pultun düyməsini daha bir dəfə basın.

      5. Qidalanma və məsafədən idarə olunmanı söndürmək üçün lampaya təkrar toxunun.

 

Dəstdə: 

     * Remote Brite Light lampası

      * Məsafədən idarə etmə pultu

     * Blister bağlaması

 

Texniki xarakteristikası:

     * Pultun hərəkət radiusu – 10 metr

     * Bağlamanın ölçüsü – 18*16*5 sm

     * Çəki: 0,13 kq

     * Lampanın diametri – 10 sm

     * Məsafədən idarə etmə pultu 7*3*1,5 sm

     * Qidalanma: 3 AA batareyası (1,5 B), 1 batareya CR 2032 (3B).

Şərhlər